Abşeronda kriminal aləmə meyilli şəxs "Kalaşnikov"la saxlanıldı

Abşeronda kriminal aləmə meyilli şəxs "Kalaşnikov"la saxlanıldı Hüquq-mühafizə orqanlarının əməkdaşları Abşeron rayonunda əməliyyat keçirib.
Hadisə
20 Fevral , 2020 11:26
Abşeronda kriminal aləmə meyilli şəxs Kalaşnikovla saxlanıldı

Hüquq-mühafizə orqanlarının əməkdaşları Abşeron rayonunda əməliyyat keçirib.

"Report" xəbər verir ki, əməliyyat zamanı Rusiya Federasiyasında oğurluqlar etdiyi üçün əvvəllər dəfələrlə məhkum edilmiş 32 yaşlı Ramal Əzizov saxlanılıb.

Onun üzərindən "Kalaşnikov" markalı avtomat silah və 30 ədəd patron aşkarlanıb.

R.Əzizovun kriminal aləmə meyilli şəxs olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi