Abşeronda kişini avtomobil vurdu, vəziyyəti ağırdır

Abşeronda kişini avtomobil vurdu, vəziyyəti ağırdır Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
16 Yanvar , 2021 01:18
Abşeronda kişini avtomobil vurdu, vəziyyəti ağırdır

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb. Avtomobil yolu keçən 1985-ci il təvəllüdlü Abbasov Kənan Sirac oğlunu vurub.

Ağır bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi