Abşeronda keçmiş məhkum avtomobil qaçırıb

Abşeronda keçmiş məhkum avtomobil qaçırıb Abşeron rayonunda keçmiş məhkum avtomobil qaçırıb.
Hadisə
21 Oktyabr , 2019 12:14
Abşeronda keçmiş məhkum avtomobil qaçırıb

Abşeron rayonunda keçmiş məhkum avtomobil qaçırıb.

"Report"un yerli bürosu xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinə (RPİ) müraciət edən Masazır qəsəbə sakini V.Məmmədov sentyabrın 15-nə keçən gecə “VAZ-2107” markalı avtomobilinin qəsəbə ərazisindən qaçırıldığını bildirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qeyd edilən avtomobilin oktabrın 20-də saat 08.30-da Xətai rayonu ərazisində hərəkətdə olması aşkar edilib.

Abşeron RPİ və Xətai RPİ 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.İbrahimov avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi