Abşeronda keçmiş arvadının boğazını kəsən şəxsə yeni ittiham irəli sürülüb

Abşeronda keçmiş arvadının boğazını kəsən şəxsə yeni ittiham irəli sürülüb Abşeronda keçmiş arvadının boğazını kəsən şəxsə yeni ittiham irəli sürülüb.
Hadisə
28 Yanvar , 2020 09:22
Abşeronda keçmiş arvadının boğazını kəsən şəxsə yeni ittiham irəli sürülüb

Abşeronda keçmiş arvadının boğazını kəsən şəxsə yeni ittiham irəli sürülüb.

“Report”un xəbərinə görə, hadisə yanvarın 20-də, rayonun Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Nahid Bayramov aralarında yaranmış mübahisə zəminində keçmiş həyat yoldaşı Gülgəz Əliyevanın bıçaqla boğaz nahiyəsini kəsib. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində (RPİ) Cinayət Məcəlləsinin (CM) 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Şübhəli şəxs qismində saxlanılan N.Bayramovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yanvarın 23-də isə cinayət işi CM-nin 126.1-ci maddəsindən həmin Məcəllənin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib.

Cinayət işinin istintaqı aidiyyəti üzrə Abşeron rayon Prokurorluğuna göndərilib.

Son xəbərlər

Orphus sistemi