Abşeronda karantini pozaraq gecə saatlarında işləyən kafe aşkarlanıb

Abşeronda karantini pozaraq gecə saatlarında işləyən kafe aşkarlanıb Protokollar tərtib olunub
Hadisə
288
6 Aprel , 2021 19:22
Abşeronda karantini pozaraq gecə saatlarında işləyən kafe aşkarlanıb

Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan profilaktik tədbirlərə baxmayaraq, hələ də bəzi ictimai-iaşə obyektlərində karantin qaydalarına əməl edilməməsi hallarına rast gəlinməkdədir.

Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Mars” kafesinin gecə saatlarında, yəni 01:00 radələrində fəaliyyət göstərməsi barədə polis orqanlarına məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib. Obyektin icarədarı X.Səfərov və daha 4 müştəri polislər tərəfindən saxlanılıblar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Qeyd edək ki, fəaliyyətinə icazə verilən kafe, restoran və çay evlərində bundan sonra da sanitar-karantin qaydalarının tələblərinə əməl olunmasına nəzarət məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi