Abşeronda karantin qaydalarını pozan kafe aşkarlanıb

Abşeronda karantin qaydalarını pozan kafe aşkarlanıb Abşeron rayonunda karantin qaydalarını pozaraq müştərilərə gecə saat 00:00-dan sonra xidmət göstərən kafe aşkar edilib.
Hadisə
717
16 Sentyabr , 2021 16:56
Abşeronda karantin qaydalarını pozan kafe aşkarlanıb

Abşeron rayonunda karantin qaydalarını pozaraq müştərilərə gecə saat 00:00-dan sonra xidmət göstərən kafe aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Xırdalan şəhərində yerləşən “Read Houses” adlı kafenin saat 01:30 radələrində müştərilərə xidmət göstərdiyini müəyyən ediliblər. Obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb, kafenin sahibi Əliağa Məmmədov və 11 müştəri saxlanılaraq Polis İdarəsinə dəvət ediliblər. Müştərilər və kafenin sahibi barəsində inzibati qaydada tədbir görülüb və onların hər biri cərimə edilib.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl olunmasının vacibliyi bir daha onların diqqətinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi