Yuxarı
    Bağlamaq

    Abşeronda kafedə kütləvi dava olub, xəsarət alanlar var

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 14 dekabr. REPORT.AZ/ Abşeron rayonunda kütləvi dava olub, xəsarət alanlar var.

     "Report"un xəbərinə görə, hadisə Masazır qəsəbəsi, "Araz marketin" yaxınlığında yerləşən kafedə qeydə alınıb.

    Belə ki, 1992-ci il təvəllüdlü Əlvəndov Əhsən Cəfər oğlu və onun qardaşı Əlvəndov Füzuli Cəfər oğlu kafedə 6 nəfər tərəfindən döyülüb. Ə.Əlvəndov və F.Əlvəndov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı istintaq zamanı xəsarət alan F.Əlvəndov hüquq-mühafizə orqanı əməkdaşlarına bildirib ki, qardaşı kafedə oturarkən tanıdığı qadınla telefonla danışıb. Bu zaman kafedə olanlar ondan çölə çıxıb danışmağı tələb edib. Bundan hiddətlənən Ə.Əlvəndov mübahisə edib. Mübahisə zamanı dava düşüb. Qardaşının döyüldüyünü görən F.Əlvəndovda müdaxilə edib. Nəticədə o da döyülüb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi