Yuxarı

​Abşeronda itkin düşən 19 yaşlı gənc asılmış vəziyyətdə tapılıb

O, Ekoloji Nəzarət Postu yaxınlığında tapılıb

Bakı. 24 aprel. REPORT.AZ/ Abşeron rayonu ərazisində asılmış vəziyyətdə olan gənc oğlan meyiti aşkar edilib.

Abşeron rayon Polis İdarəsindən “Report”a verilən məlumata görə, Bakı-Sumqayıt yolunun 9-cu km.-də Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Postunun yaxınlığındakı yarımtikilidə aşkar olunmuş meyitin 19 yaşlı Piriyev Kamran Süleyman oğluna aid olduğu müəyyən edilib.

Həmçinin məlum olub ki, K.Piriyev bu il aprel ayının 21-də itkin düşüb. Bu barədə hüquq-mühafizə orqanlarına da məlumat verilib. K.Piriyevin hansı şəraitdə öldüyü isə Abşeron rayon Prokurorluğunda başlanan araşdırmalardan sonra məlum olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi