Abşeronda iki piyadanı maşın vurub, biri ölüb - YENİLƏNİB

Abşeronda iki piyadanı maşın vurub, biri ölüb - YENİLƏNİB Abşeron rayonunun Saray qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
1 May , 2019 22:45
Abşeronda iki piyadanı maşın vurub, biri ölüb - YENİLƏNİB

Abşeron rayonunun Saray qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Bakıdan Saray istiqamətində hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Cəfərzadə Elşən Şahlar oğlu və adı hazırda məlum olmayan başqa bir piyadanı vurub.

E.Cəfərzadə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Digər piyada isə hadisə yerində keçinib.


*** 20:19

Abşeron rayonunda ölümlə nəticələnən yol-nqəliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən iki nəfər gənc oğlanı avtomobil vurub. Onlardan biri hadisə yerində ölüb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonu şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi