​Abşeronda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb

​Abşeronda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb Sürücünün cəsədi deformasiyaya uğramış maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib
Hadisə
7 Dekabr , 2014 22:05
​Abşeronda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb
Bakı. 7 dekabr. REPORT.AZ/ Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda iki "VAZ" markalı minik avtomobili toqquşub.

Nəticədə avtomobillərdən birinin sürücüsü 1948-ci il təvəllüdlü Rəsulov Fikrət Rəsul oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər F.Rəsulovun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi