Abşeronda iki avtomobil toqquşub, bir nəfər ölüb

Abşeronda iki avtomobil toqquşub, bir nəfər ölüb ​Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
8 Avqust , 2018 11:29
Abşeronda iki avtomobil toqquşub, bir nəfər ölüb

Bakı. 8 avqust. REPORT.AZ/ Abşeronda iki avtomobil toqquşub, bir nəfər ölüb, iki nəfər yaralanıb.

"Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb. 

Bildirilib ki, avqustun 7-də Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakinləri Beydulla Yunusovun idarə etdiyi “VAZ-21150” və Emin Həsənovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobillər toqquşub. Nəticədə B.Yunusov və sərnişini Ceyranbatan qəsəbə sakini Zərifə Məhərrəmova xəstəxanaya yerləşdirilib, Z.Məhərrəmova orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi