Abşeronda heroin satan Yardımlı sakinləri saxlanılıb - FOTO

Abşeronda heroin satan Yardımlı sakinləri saxlanılıb - FOTO Abşeronda heroin satan Yardımlı sakinləri saxlanılıb.
Hadisə
2 Noyabr , 2019 00:21
Abşeronda heroin satan Yardımlı sakinləri saxlanılıb - FOTO
Foto: "Report"

Abşeronda heroin satan Yardımlı sakinləri saxlanılıb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Xırdalan şəhərində baş verib.

Abşeron rayon Polis İdarəsinin əməkdaşları Xırdalan şəhərində Yardımlı rayon sakinləri - 30 yaşlı Samir Sultanovu, onun həmyaşıdı, bibisi oğlu Müşviq Sultanovu, habelə onlarla əlbir olan Masazır qəsəbəsi sakini, taksi sürücüsü 32 yaşlı Elgün Əliyevi saxlayaraq istintaqa cəlb edib. Saxlanılanlar tutduqları cinayət əməlini etiraf edərək, narkotik maddə olan heroini adı istintaqa məlum olmayan tanımadıqları şəxsdən əldə etdikləri bildiriblər.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi