Abşeronda həmyerlisini bıçaqlayan keçmiş məhkumun məhkəməsi başlayıb

Abşeronda həmyerlisini bıçaqlayan keçmiş məhkumun məhkəməsi başlayıb Bakı. 22 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Şəhriyar Abdulovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Hadisə
22 Noyabr , 2017 11:20
Abşeronda həmyerlisini bıçaqlayan keçmiş məhkumun məhkəməsi başlayıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Şəhriyar Abdulovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 29-na təyin edilib.

Qeyd edək ki, hadisə Abşeron rayonunun Goradil qəsəbəsində baş verib. Həmin ərazidə yerləşən çayxananın qarşısında 1974-cü il təvəllüdlü Məmmədov Zakir Sahib oğlu ilə Abdulov Şəhriyar İntiqam oğlu arasında mübahisə yaranıb. İçkili olan Z.Məmmədov həmyerlisinə ağır cavab qaytarandan sonra Ş.Abdulov üzərində gəzdirdiyi bıçaqla ona bir neçə bədən xəsarəti yetririb. Yaralı Kliniki Tibbi Mərkəzə aparılıb və onun həyatını xilas etmək mümkün olunub.

Əvvəllər oğurluq və xuliqanlıq maddəsilə məhkum olunan Ş.Abdulov Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq niyyəti ilə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, zərərçəkmiş Z.Məmmədov da əvvəllər adam oğurluğu maddəsi ilə məhkumluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi