Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Yolu keçən 1992-ci il təvəllüdlü Abdullayeva Günay Cavanşir qızını avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Ramin Şahbazov