Bakıda avtomobil gənc qızı vuraraq ağır xəsarət yetirdi

Bakıda avtomobil gənc qızı vuraraq ağır xəsarət yetirdi Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
7 Avqust , 2020 22:10
Bakıda avtomobil gənc qızı vuraraq ağır xəsarət yetirdi

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Sulutəpə qəsəbəsində yolu keçən 1995-ci il təvəllüdlü Osmanlı Fəridə Vidadi qızını minik avtomobili vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona bədənin müştərək və ağır kəllə-beyin travması diaqnozları qoyulub. F.Osmanlının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi