Abşeronda gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb

Abşeronda gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb Yaralı ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib
Hadisə
9 Dekabr , 2017 01:55
Abşeronda gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Abşeron rayonunda gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində baş verib.

Belə ki, 1990-ci il təvəllüdlü Əhmədov Hikmət Hakim oğlu qonşuluğunda yaşayan Murad adlı şəxslə əlbəyaxa dava edib. Nəticədə H.Əhmədov Murad tərəfindən bıçaqlanıb. Yaralı ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi