Abşeronda gənc oğlan intihara cəhd edib

Abşeronda gənc oğlan intihara cəhd edib O, sağ qolunun damarlarını kəsərək özünü öldürmək istəyib
Hadisə
11 Yanvar , 2018 09:56
Abşeronda gənc oğlan intihara cəhd edib

Abşeron. 11 yanvar. REPORT.AZ/ Abşeron rayonunda 24 yaşlı gənc intihara cəhd edib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Saray qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini 1994-cü il təvəllüdlü Mürsəl İntiqam oğlu Əhmədov kəsici alətlərlə sağ qolunun damarlarını kəsərək intihara cəhd edib. Yaralı çox qan itirdiyindən huşunu itirib.

Gənc yaxınları tərəfindən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Əməliyyat olunan xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi