Fəhlənin yanaraq ölməsinə görə həbs edilən şirkətin direktoru azadlığa buraxılıb

Fəhlənin yanaraq ölməsinə görə həbs edilən şirkətin direktoru azadlığa buraxılıb Sumqayıt Apellyasiya Məhkəməsində “Sen İnşaat” MMC-də fəhlənin yanaraq ölməsinə görə həbs edilən şirkətin direktoru Emin Məsimov, texniki-təhlükəsizlik üzrə mühəndis vəzifəsində işləmiş Paşa Rəhimov və həmin şirkətin sex rəisi olmuş Cavanşir Kərimovun barəsində olan məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
9 Aprel , 2019 17:33
Fəhlənin yanaraq ölməsinə görə həbs edilən şirkətin direktoru azadlığa buraxılıb

Sumqayıt Apellyasiya Məhkəməsində “Sen İnşaat” MMC-də fəhlənin yanaraq ölməsinə görə həbs edilən şirkətin direktoru Emin Məsimov, texniki-təhlükəsizlik üzrə mühəndis vəzifəsində işləmiş Paşa Rəhimov və həmin şirkətin sex rəisi olmuş Cavanşir Kərimovun barəsində olan məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər üç şəxsin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, E.Məsimovun 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə və P.Rəhimovla C.Kərimovun 5 il 6 aylıq cəzası 4 il 6 aya endirilib. Onların hər üçü də cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Həmin şəxslər azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə ötən il iyulun 26-da Abşeron rayonu ərazisində fəaliyyət göstərən “Sen İnşaat” MMC-də baş verib. Metaləritmə şirkətində fəhlə işləyən Ağaməli Qurbanov müəssisənin həyətyanı sahəsində yük avtomobilinin yanacaq çənində qaynaq apararkən yanacaq məhlulunun üzərinə tökülməsi nəticəsində yanıq xəsarətləri alaraq ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb, iş üzrə direktor E.Məsimov, texniki təhlükəsizlik üzrə mühəndis P.Rəhimov və sex rəisi C.Kərimov Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə E.Məsimov 6 il və P.Rəhimovla C.Kərimov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi