Abşeronda evlərdən 22 min manatlıq oğurluq edildi

Abşeronda evlərdən 22 min manatlıq oğurluq edildi Abşeron rayonunda evlərdən oğurluq edən şəxs tutulub.
Hadisə
18 Yanvar , 2021 13:10
Abşeronda evlərdən 22 min manatlıq oğurluq edildi

Abşeron rayonunda evlərdən oğurluq edən şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən ümumilikdə 8 515 manat pul, 12 655 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Saray qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Qəmbərov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi