Abşeronda evlərdən 2 400 manatlıq oğurluq edildi

Abşeronda evlərdən 2 400 manatlıq oğurluq edildi Abşeron rayonunda evlərdən oğurluq edən şəxs tutulub.
Hadisə
13 Yanvar , 2021 12:20
Abşeronda evlərdən 2 400 manatlıq oğurluq edildi

Abşeron rayonunda evlərdən oğurluq edən şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən 2 450 manat dəyərində kondisioner, kombi, divar saatı və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Səlimov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun Xırdalan şəhəri ərazisində 2 nəfərə məxsus yarımtikililərdən 150 metr elektrik naqili, təmir-tikinti alətləri, inşaat materialları və avtomobil ehtiyat hissələri oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi