Abşeronda evin həyətindən 8 min manatlıq inşaat materialları oğurlanıb

Abşeronda evin həyətindən 8 min manatlıq inşaat materialları oğurlanıb Abşeronda evin həyətindən 8 min manatlıq inşaat materialları oğurlanıb.
Hadisə
22 Fevral , 2022 11:07
Abşeronda evin həyətindən 8 min manatlıq inşaat materialları oğurlanıb

Abşeronda evin həyətindən 8 min manatlıq inşaat materialları oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinə fevralın 7-dən 11-dək olan müddətdə Xırdalan şəhəri ərazisində inşası başa çatmamış bir evin həyətindən 8 min manat dəyərində inşaat materiallarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş E.Murtuzayev və Lənkəran rayon sakini F.Şərifov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi