Abşeronda evdən silah oğurlayan şəxslər saxlanılıb

Abşeronda evdən silah oğurlayan şəxslər saxlanılıb Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər
Hadisə
23 Fevral , 2018 12:46
Abşeronda evdən silah oğurlayan şəxslər saxlanılıb

Bakı. 23 fevral. REPORT.AZ/ Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini F.Müslümov fevralın 20-nə keçən gecə evindən müvafiq sənədləri olan 2 ov tüfənginin oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa zamanda müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların Abşeron rayon sakini Süleyman Səmədov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Əliyev olmaları müəyyən edilib. Oğurlanan tüfənglər polis əməkdaşları tərəfindən onlardan götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi