Abşeronda evdən 40 min manatlıq oğurluq edən şəxs saxlanılıb - FOTO

Abşeronda evdən 40 min manatlıq oğurluq edən şəxs saxlanılıb - FOTO Abşeron. 29 dekabr. REPORT.AZ/ Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində oğurluq hadisəsi baş verib.
Hadisə
2043
29 Dekabr , 2018 06:09
Abşeronda evdən 40 min manatlıq oğurluq edən şəxs saxlanılıb - FOTO

Abşeron. 29 dekabr. REPORT.AZ/ Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində oğurluq hadisəsi baş verib.

“Report”un Sumqayıt - Abşeron bürosunun məlumatına görə, polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Güzdək qəsəbəsində fərdi yaşayış evindən 40 min manat dəyərində oğurluq edən Ramiz Bağırov saxlanılıb.

Araşdırma zamanı məlum olub, saxlanılan şəxs öz həmkəndlisinin evinə girməklə, oradan müxtəlif növdə xalçalar, çılçıraqlar və digər qiymətli əşyalar oğurlayıb. Ümumilikdə vətəndaşa 40 min manat maddi ziyan dəyib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bundan əvvəl Abşeronda “Playstation” salonlarından oğurluq edən dəstə üzvləri saxlanılıb.

Son xəbərlər

Orphus sistemi