Yuxarı

Abşeronda evdə qaz sızmasından partlayış baş verib

Ev sahibi xəstəxanaya yerləşdirilib

Bakı. 22 dekabr. REPORT.AZ/ Abşeron rayonunun Saray qəsəbəsində evdə qaz sızmasından partlayış baş verib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Saray qəsəbəsində yaşayan Gülxar Musayevaya məxsus evdə qaz sızmasından yanğına keçən ani partlayış olub.

Hadisə zamanı dağıntı olmayıb, yanıq xəsarəti alan G.Musayeva xəstəxanaya yerləşdirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi