Abşeronda dostunu bıçaqlayan şəxs 13 il azadlıqdan məhrum edilib

Abşeronda dostunu bıçaqlayan şəxs 13 il azadlıqdan məhrum edilib Bakı. 14 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda və quldurluqda təqsirləndirilən Samir Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
14 Avqust , 2018 17:46
Abşeronda dostunu bıçaqlayan şəxs 13 il azadlıqdan məhrum edilib

Bakı. 14 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda və quldurluqda təqsirləndirilən Samir Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında onun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə S.Hacıyev 13 il müddətinə azadlıqdan məhrum edilib.

İttihamda qeyd edilib ki, ötən il Abşeron rayonu Hökməli qəsəbəsində S.Hacıyev dostu Nahid Əhmədova ağır xəsarət yetirib və daha sonra ona qarşı quldurluq edib.

Belə ki, S.Hacıyev pul borcu olduğu N.Əhmədovla mübahisə edib. Hadisə zamanı hər iki şəxs içkili olub. S.Hacıyev spirtli içki qəbul etdikdən sonra dostu N.Əhmədova bıçaqla iki zərbə endirib və onun cibindəki pulu da götürüb.

Məhkəmədə elan olunmuş ittiham üzrə S.Hacıyev özünü qismən təqsirli bilib.

O, ifadəsində söyləyib ki, dostu N.Əhmədovu bıçaqlasa da, onun pulunu götürməyib.

Zərərçəkmiş N.Əhmədov dindirilən zaman deyib ki, S.Hacıyevlə uzun müddətdir dostluq edib, birlikdə mebel mağazasında işləyiblər.

İfadəsində o, dostundan şikayətçi olmadığını bildirib: "Sadəcə, mənə dəymiş zərərin ödənilməsini istəyirəm".

Təqsirləndirilən şəxs də dostunun ifadəsini təsdiqləyib.

Xatırladaq ki, S.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) və 181-ci (quldurluq) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi