Bakı. 5 may. REPORT.AZ/ Abşeron rayonunun Xırdalan şəhərində gənc oğlan damdan yıxılaraq ağır xəsarət alıb.
"Report" xəbər verir ki, hadisə 1991-ci il təvəllüdlü, Həbibov Ağacan Mirhəbib oğlu yaşadığı ikimərtəbəli fərdi yaşayış evinin damında göyərçin tutmaq istəyən zaman baş verib.
O, evin damında saxladığı göyərçinləri tutaraq yuvalarına salmaq istəyib. Lakin dama qalxarkən yıxılaraq evin həyatyanı sahəsinə düşüb. Nəticədə ağır kəllə-beyin travması alan A.Həbibov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.