Yuxarı

Abşeronda avtomobil yanıb

Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub

Bakı. 11 aprel. REPORT.AZ/ Abşeron rayonunun Masazır kəndində yanğın hadisəsi olub. "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşa məxsus "Daewoo" markalı minik avtomobilinin yanar hissələri yanıb. 

Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 22:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi