Abşeronda çobana qarşı quldurluq edən şəxslər tutulub

Abşeronda çobana qarşı quldurluq edən şəxslər tutulub Digər şəxs isə müəyyən edilib
Hadisə
7 Oktyabr , 2016 13:07
Abşeronda çobana qarşı quldurluq edən şəxslər tutulub

Bakı. 7 oktyabr. REPORT.AZ/ Abşeron rayonunda çobana qarşı quldurluq edən şəxslər tutulub.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də Cəmaləddin Hüseynova məxsus 25 manat pulu, mobil telefonu və 4 baş qoyunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Müşfiqabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Anar Piriyev, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tamerlan Rəsulov, Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Ələkbər Rəsulov tutulub, digər şəxs isə müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi