Yuxarı

Abşeronda baş verən silahlı insidentin təfərrüatları məlum olub

Saxlanılan şəxs həmin adamı evinin qarşısında söyüş soydüyü üçün qətlə yetirdiyini deyib

Bakı. 3 noyabr. REPORT.AZ/ Abşeron rayonunda baş verən silahlı insidentin təfərrüatları məlum olub. "Report"un məlumatına görə, silahlı insident zamanı saxlanılan Fəqani Şükürov istintaqa ilk izahatını verib. F.Şükürov ifadəsində bildirib ki, hadisə günü tanımadığı şəxslər onun Hökməli qəsəbəsindəki evinin qarşısında söyüş söyüb. Buna etiraz edən F.Şükürov həmin şəxslərlə mübahisə edib. Mübahisə zamanı Fəqani Şükürov evində saxladığı “Etro” markalı ov tüfəng ilə onlardan birini - Аşağı Güzdək qəsəbə sakini, 22 yaşlı Qurbanov Kamal Rafiq oğlunu vurub.

F.Şükürov daha sonra yaralını idarə etdiyi “VAZ-2121” markalı avtomobildə Klinik Tibbi Mərkəzə aparıb. Lakin K.Qurbanov xəsarətdən xəstəxanada dünyasını dəyişib. F.Şükürov könüllü olaraq Abşeron Rayon Polis Şöbəsinə gələrək təslim olub. 

Faktla bağlı araşdırmalar davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi