Abşeronda bağ evinin həyətindən avtomobil qaçırıldı

Abşeronda bağ evinin həyətindən avtomobil qaçırıldı Abşeronda avtomobil qaçıran şəxs tutulub.
Hadisə
19 İyun , 2020 13:11
Abşeronda bağ evinin həyətindən avtomobil qaçırıldı

Abşeronda avtomobil qaçıran şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, iyunun 16-da Abşeron Rayon Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Axundov iyunun 10-da Saray qəsəbəsi ərazisindəki bağ evinin həyətindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Füzuli Cəfərov Şəmkir rayonu ərazisində avtomobili idarə edərkən Baş Dövlət Yol Polisi İdarəsi YPXA-nın əməkdaşları tərəfindən saxlanılıb və aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi