Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Abşeron rayon ərazisində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Abdulxalıqova Aysulu Ağarza qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib.
Ona sol ayağın sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.