Abşeronda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb

Abşeronda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
24 Avqust , 2017 11:33
Abşeronda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb

Bakı. 24 avqust. REPORT.AZ/ Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, ötən gün Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Azər Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Kəngərli rayon sakini Eldar Əliyevi vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi