Bakı. 10 iyul. REPORT.AZ/ İyulun 9-da saat 3 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Tural Qurbanov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Abşeron rayon sakini Pənah Mirzəliyevin idarə etdiyi “Shacman” markalı avtomobilə vurub.
DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, xəstəxanaya yerləşdirilmiş T.Qurbanov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.