Abşeronda avtomobil qadını vuraraq öldürdü

Abşeronda avtomobil qadını vuraraq öldürdü Abşeron rayonunda yol-nəqliyyat hadisəsi olub.
Hadisə
26 İyun , 2021 13:49
Abşeronda avtomobil qadını vuraraq öldürdü

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 25-də saat 23 radələrində rayonun Atyalı qəsəbəsi ərazisində Şamaxı rayon sakini Q.Nəbiyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Şəmkir rayon sakini Ziyafət Həsənovanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi