Yuxarı
    Bağlamaq

    Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

    Sürücü polis tərəfindən saxlanılıb

    Abşeron. 2 avqust. REPORT.AZ/ Abşeronda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    "Report" xəbər verir ki, hadisə Güzdək qəsəbəsində qeydə alınıb.

    "Opel" markalı avtomobil yolu keçən, təxminən 40-45 yaşlı kişini vurub. Hadisəni törətmiş sürücü hələlik kimliyi məlum olmayan zərərçəkmişi xəstəxanaya apararkən yaralı yolda dünyasını dəyişib.

    Sürücü Abşeron Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.

    Fakt araşdırılır.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi