Abşeronda avtomobil piyadanı vuraraq ayaqlarını sındırdı

Abşeronda avtomobil piyadanı vuraraq ayaqlarını sındırdı Abşeron rayonunda xəsarətlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.
Hadisə
25 İyun , 2021 23:18
Abşeronda avtomobil piyadanı vuraraq ayaqlarını sındırdı

Abşeron rayonunda xəsarətlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Yunis Xəlilov yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki ayağın sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi