Abşeronda avtomobil orta yaşlı kişini vurdu

Abşeronda avtomobil orta yaşlı kişini vurdu Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 İyul , 2020 23:55
Abşeronda avtomobil orta yaşlı kişini vurdu

Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunun Saray polis postuna yaxın ərazisində qeydə alınıb.

Avtomobil yolu keçən 1980-ci il təvəllüdlü Məmmədov Emin Ataş oğlunu vurub. Nəticədə piyada ağır xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi