Abşeronda avtomobil oğurlayan şəxs "isti izlər"lə saxlanılıb - FOTO

Abşeronda avtomobil oğurlayan şəxs "isti izlər"lə saxlanılıb - FOTO Abşeron. 27 yanvar. REPORT.AZ/ Abşeron rayonu ərazisində avtomobil oğurlayan şəxs isti izlərlə saxlanılıb.
Hadisə
3153
27 Yanvar , 2019 15:37
Abşeronda avtomobil oğurlayan şəxs isti izlərlə saxlanılıb - FOTO

Abşeron. 27 yanvar. REPORT.AZ/ Abşeron rayonu ərazisində avtomobil oğurlayan şəxs "isti izlər"lə saxlanılıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun xəbərinə görə, Abşeron Rayon Polis İdarəsinə (RPİ) bu barədə məlumat daxil olan kimi, dərhal əməliyyat-istintaq qrupu yaradılıb.

Məsələ ilə bağlı şəhər təhlükəsizlik kamerasına baxış keçirilib və əməliyyat axtarış tədbirləri zamanı, hadisəni törədənin Elvin Cəbrayılov olduğu müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib. E.Cəbrayılov avtomobili qaçırarkən içkili olduğunu bildirib.

O, izi itirmək məqsədi ilə avtomobilin dövlət qeydiyyat nişanını çıxardaraq atıb.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi