Abşeronda avtomobil işıq dirəyinə çırpılıb

Abşeronda avtomobil işıq dirəyinə çırpılıb Abşeronda yol qəzası baş verib.
Hadisə
316
28 Dekabr , 2020 09:14
Abşeronda avtomobil işıq dirəyinə çırpılıb

Abşeronda yol qəzası baş verib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunda “Ravon” markalı minik avtomobilinin yol kənarındakı işıq dirəyinə çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi