Abşeronda avtomobil aşıb, ölən var - FOTO - VİDEO - YENİLƏNİB

Abşeronda avtomobil aşıb, ölən var - FOTO - VİDEO - YENİLƏNİB Abşeron rayonunda başverən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
Hadisə
1 Noyabr , 2019 21:14
Abşeronda avtomobil aşıb, ölən var - FOTO - VİDEO - YENİLƏNİB

Abşeron rayonunda başverən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub. 

"Report"un yerli bürosunun məlumatına görə, "Fiat" markalı, "99-SV-893" dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü 1987-ci il təvəllüdlü Zamin Abbasov ağır xəsarətlər alıb. O, hadisə yerindəcə dünyasını dəyişib. 

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin  Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 


*** 19:13

Abşeronda avtomobil çuxura düşərək aşıb, sürücü həlak olub.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Bakı-Quba magistralının Saray qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə avtomobilin sürcüsü ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Son xəbərlər

Orphus sistemi