Yuxarı

Abşeronda avtomobil ahıl kişini vurub, sürücü qaçıb

Abşeronda avtomobil ahıl kişini vurub, sürücü qaçıb
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır

Bakı. 31 yanvar. REPORT.AZ/ Abşeron rayonunda ahıl kişini avtomobil vuraraq ərazidən uzaqlaşıb.

"Report"un xəbərinə görə, hadisə Digah qəsəbəsində qeydə alınıb.

Belə ki, 70 yaşlı Rüstəm İsgəndərov yolu keçmək istəyərkən onu naməlum markalı avtomobil vurub və ərazidən uzaqlaşıb.

R.İsgəndərov bədən sümüklərinin bir neçə yerdən sınığı ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi