Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Novxanı yolunda qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü Quliyev Pərviz Fəyyaz oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.