Abşeronda avtobus piyadanı vuraraq öldürüb

Abşeronda avtobus piyadanı vuraraq öldürüb Abşeron rayonunda avtobus piyadanı vuraraq öldürüb.
Hadisə
13 dekabr 2022 06:30
Abşeronda avtobus piyadanı vuraraq öldürüb

Abşeron rayonunda avtobus piyadanı vuraraq öldürüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə dekabrın 12-si saat 18 radələrində rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini A.Ağaquliyev idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən qəsəbə sakini U.Bağırovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi