Abşeronda 9 mənzili soyan şəxslər ələ keçirilib - FOTO

Abşeronda 9 mənzili soyan şəxslər ələ keçirilib - FOTO Abşeron. 21 iyul. REPORT.AZ/ Abşeron rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində, Saray qəsəbəsində mənzillərdən oğurluq edən Elməddin Əliyev, Tural Dəmiroğlu və taksi kimi onlar əlbir olan Yusif Əbülhəsənov saxlanılıb.
Hadisə
21 İyul , 2018 19:21
Abşeronda 9 mənzili soyan şəxslər ələ keçirilib - FOTO

Abşeron. 21 iyul. REPORT.AZ/ Abşeron rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində, Saray qəsəbəsində mənzillərdən oğurluq edən Elməddin Əliyev, Tural Dəmiroğlu və taksi kimi onlar əlbir olan Yusif Əbülhəsənov saxlanılıb. 

"Report"un yerli bürosunun verdiyi məlumata görə, onlar rayonun Saray qəsəbəsində 9 mənzili qarət edərək oradan müxtəlif məişət avadanlıqları, pul və digər əşyalar oğurlayıblar.

Hadisənin digər iştirakçısı, taksi kimi fəaliyyət göstərən Yusif Əbülhəsənov isə oğurluqda özünü qismən günahkar hesab edib. O, daşıdığı malların sonradan oğurluq olduğu bilib.

Hazırda Abşeron rayon polis idarəsində vətəndaşlara dəymiş ziyanın məbləği müəyyənləşdirilir. 

Faktla bağlı cinayət işi açılıb araşdırmalara davam etdirilir.

Son xəbərlər

Orphus sistemi