Abşeronda 84 yaşlı kişini avtomobil vurdu

Abşeronda 84 yaşlı kişini avtomobil vurdu Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
Hadisə
17 Aprel , 2021 03:47
Abşeronda 84 yaşlı kişini avtomobil vurdu

Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, rayon ərazisində yolu keçmək istəyən 1937-ci il təvəllüdlü, Mirzəbəyov Allahverdini avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldır sümüklərinin aşağı üçdə birinin yerdəyişmiş sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi