Abşeronda 57 yaşlı qadını avtomobil vurub

Abşeronda 57 yaşlı qadını avtomobil vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
25 Yanvar , 2018 20:23
Abşeronda 57 yaşlı qadını avtomobil vurub
Report

Abşeron. 25 yanvar. REPORT.AZ/ Abşeron rayonunda yolu keçmək istəyən 57 yaşlı qadını avtomobil vurub.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə rayonun Ceyranbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, Ceyranbatan qəsəbəsinin sakini, 1961-ci il təvəllüdlü Mərmər Osman qızı Tağıyeva yaşadığı ərazidə yolu keçmək istəyərkən qarşı tərəfdən sürətlə gələn "VAZ-2109" markalı 50 CK 499 dövlət qeydiyyatı nişanlı avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Artıq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi