Abşeronda 50 yaşlı kişini avtomobil vuraraq ərazidən uzaqlaşıb

Abşeronda 50 yaşlı kişini avtomobil vuraraq ərazidən uzaqlaşıb Hadisə Masazır qəsəbəsində qeydə alınıb
Hadisə
25 Noyabr , 2016 17:39
Abşeronda 50 yaşlı kişini avtomobil vuraraq ərazidən uzaqlaşıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Abşeron rayonunda avtomobil 50 yaşlı kişini vuraraq hadisə yerindən uzaqlaşıb.

"Report"un xəbərinə görə, hadisə Masazır qəsəbəsi, "Duz gölü"nün yaxınlığında qeydə alınıb.

Belə ki, "Qurtuluş-93" yaşayış kompleksindən çıxaraq yolu keçmək istəyən 1966-ci il təvəllüdlü Səmədov Natiq Tapdıq oğlunu naməlum markalı avtomobil vurub. Xəsarət alan N.Səmədov xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. Avtomobilin modeli və sürücünün kimliyinin araşdırılması üçün yaxınlıqdakı "Təhlükəsiz şəhər" kamerasının (TŞK) lentə aldığı görüntülərə baxılacaq.

Son xəbərlər

Orphus sistemi