Abşeronda 5-ci mərtəbədən yıxılan körpə sağ qalıb

Abşeronda 5-ci mərtəbədən yıxılan körpə sağ qalıb Murad Məmmədov 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Hadisə
18 Sentyabr , 2017 07:21
Abşeronda 5-ci mərtəbədən yıxılan körpə sağ qalıb

Abşeron. 18 sentyabr. REPORT.AZ/ Abşeronda binanın 5-ci mərtəbəsindən yerə yıxılan körpə sağ qalıb.

"Report"un xəbərinə görə, hadisə Xırdalan şəhərində baş verib.

Belə ki, 27-ci məhəllə ev 53 ünvanında yerləşən binanın beşinci mərtəbəsində yaşayan 2015-ci il təvəllüdlü Məmmədov Murad Fərahim oğlu ehtiyatsızlıqdan eyvanın pəncərəsindən yerə yıxılıb.

Körpə orta ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi