Prokurorluq Abşeronda 40 yaşlı kişinin ölümü ilə bağlı məlumat yayıb

Prokurorluq Abşeronda 40 yaşlı kişinin ölümü ilə bağlı məlumat yayıb Yanvarın 19-u saat 14 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini 1982-ci il təvəllüdlü Elməddin Məmmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. İlkin araşdırmalarla müəyyən edilmişdi
Hadisə
21 Yanvar , 2022 10:00
Prokurorluq Abşeronda 40 yaşlı kişinin ölümü ilə bağlı məlumat yayıb

Abşeron Rayon Prokurorluğu 40 yaşlı şəxsin ölümü ilə bağlı məlumat yayıb.

"Report"a daxil olan məlumatda deyilir:

"Yanvarın 19-u saat 14 radələrində rayonun Ceyranbatan qəsəbə sakini, 1982-ci il təvəllüdlü Elməddin Məmmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, Elməddin Məmmədov qonşusuna məxsus fərdi yaşayış evinin dam örtüyünün kəsişmələrinə maye yapışqan vuran zaman dam örtüyünün 1 metr hündürlüyündən keçən elektrik naqilinə toxunması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır".

Son xəbərlər

Orphus sistemi