Abşeron rayonunda qətl törədilib.
"Report"un məlumatına görə, hadisə Hökməli qəsəbəsində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Baxışov Anar Müstəcəb oğluna mübahisə zəminində yeddi bıçaq vurulub. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Lakin çoxlu qan itirdiyindən həkimlər A.Baxışovun həyatını xilas edə bilməyiblər.
Hadisənin təfərrüatı Abşeron Rayon Prokurorluğunda araşdırılır.